“Həm dövlət, həm də özəl sektor GƏNCLƏR üçün daha çox İŞ İMKANI yaratmalıdır”- Millət vəkilibackend

“Həm dövlət, həm də özəl sektor GƏNCLƏR üçün daha çox İŞ İMKANI yaratmalıdır”- Millət vəkili  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir çox strukturda kadrların gəncləşdirilməsi istiqamətində ciddi adımların atılması vacib prioritet məsələlərdəndir. Çünki ümumiyyətlə aparılan monitorinqlər də göstərir ki, əksər ölkələrdə işsizlik səviyyəsi gənclər arasında daha yüksək olub. Ona görə də onların işlə təmin olunması ilə bağlı sistemli və ünvanlı fəaliyyətlərin davam etdirilməsinə ehtiyac var”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bəzi sektorlarda 65 və daha çox yaşı olanların işlərini davam etdirməsi ilə bağlı bir sıra məsələlərə də aydınlıq gətirib:

“Dövlət qurumlarında çalışan və yaşı 65-dən yuxarı olan şəxslər güzəşt olunmadan təqaüdə göndərilir. Məqsəd isə gənclərə yeni iş imkanları yaradılması ilə bağlıdır. Millət vəkili olaraq mənə də xüsusən Səhiyyə və Təhsil sistemindən 65 yaşı tamam olan vətəndaşlarımızın onlara əlavə bir neçə il güzəşt edilməsi ilə bağlı müraciətlər daxil olur. Ancaq əmək bazarında gəncləşmə meyllərinin dəstəklənməsi olduqca vacib istiqamətlərdəndir. Ona görə bütövlükdə gənclərin işlə təmin olunması imkanlarının genişləndirilməsi tərəfdarıyıq. Yalnız dövlət deyil, özəl sektor da bu prosesdə maraqlı olmalıdır. Özəl şirkətlərin yalnız gənclər deyil, digər yaş qrupundakı vətəndaşlar üçün yeni iş yerlərinin yaradılmasında iştirakı çox vacibdir. Hesab edirəm ki, həm dövlət, həm də özəl sektorlar gənclər üçün daha çox imkan yaratmalıdır. Çünki gənclər innovasiyanı iqtisadiyyata tətbiq edənlərdir.  Bu xüsusda bütövlükdə kadrların gəncləşdirilməsi iqtisadi inkişaf baxımından vacib hesab olunur”.

//Gülnarə Abasova, Editor.az