“Həyata keçirilən tədbirlər qərbi azərbaycanlıların geri qaytarılacağı günün uzaq olmadığını deməyə əsas verir”- ŞƏRHbackend

“Həyata keçirilən tədbirlər qərbi azərbaycanlıların geri qaytarılacağı günün uzaq olmadığını deməyə əsas verir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç şübhəsiz, İrəvan və Zəngəzurdan tarixin müəyyən dövrlərində çıxarılmış Azərbaycanlıların geri ata-babalarının torpağına qaytarılması bu gün Azərbaycan Respublikasının qarşısında dayanan əsas məsələlərdən biridir. Azərbaycan bu məqsədin həyata keçirilməsi üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi iş aparır. Qərbi Azərbaycan İcmasının hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birliyinin apardığı işi buna misal göstərə bilərik. Bu qurumun həyata keçirdiyi tədbirlər Qərbi Azərbaycanlıların geri qaytarılacağı günün uzaq olmadığını deməyə əsas verir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun sözlərinə görə, bu gün Azərbaycan QƏİ kimi təşkilatların vasitəsilə Ermənistandan qovulan həmyerlilərimizin problemini dünya ictimaiyyətinə çatdırmağa səy göstərir:

“Ermənistan tərəfi də Azərbaycanın bu haqlı tələbi ilə tanışdılar və bu tələbi qəbul etmədikləri təqdirdə Azərbaycan tərəfindən ciddi təzyiqlərə məruz qalacaqlarından xəbərdardırlar. Ermənistan hələ Azərbaycanlıların geri qaytarılması məsələsini ciddi şəkildə nəzərdən keçirmir. Amma onların bu susqunluğu Azərbaycanı yumşaq vasitələrdən əl çəkib sərt gücə müraciət etməsinə gətirib çıxara bilər.

Azərbaycan hələ ki, İrəvan və Zəngəzurdan çıxarılmış, qovulmuş vətəndaşlarımızın danışıqlar yolu ilə geri qaytarılmasında maraqlıdır. Çünki diplomatik vasitələrdən sona qədər istifadə etmədən güc metodlarına əl atmaq beynəlxalq səviyyədə birmənalı qarşılanmaya bilər. Amma bu heç də sonda səbri tükənən Azərbaycanın bu metodlara əl atmayacağı anlamına gəlməməlidir”.

//Gülnarə Abasova, Editor.az