2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirus qısa zamanda qlobal pandemiyaya səbəb olub və milyonlarla insanın həyatına son qoyub.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, dünyada hazırlanmış milyardlarla peyvənd sayəsində “COVİD-19″u geridə qoymağa hazırlaşırıq.
Son zamanlar tətbiq etdiyi sərt karantin rejimi ilə gündəmdə olan Çində ilk “H3N8″ virusuna yoluxma faktı təsdiqlənib. Çinin Milli Səhiyyə Komissiyası (NHC) Henan əyalətinin Zhumadian şəhərindən olan bir uşaqda virusun aşkar edildiyini açıqlayıb.
Həmin açıqlamada bildirilib ki, yoluxmanın rastlandığı şəxsdə aprelin 5-də qızdırma və digər simptomlar görünməyə başlayıb
NHC uşağın ailəsinin evdə toyuq bəslədiyini və vəhşi ördəklərin olduğu bir ərazidə yaşadığını söyləyib. Xəstəxanaya yerləşdirilən uşağa quşlardan birbaşa yoluxmanın keçdiyi iddia olunur. Ancaq yeni ştammın insanları güclü bir şəkildə virusa yoluxdurma qabiliyyətinin olmadığı da bildirilib.
Qeyd edək ki, virus konkret olaraq insanların tənəffüs yollarında olan zülalı hədəf alır və orada məskunlaşır. Mütəxəssislər “H3N8” in ən diqqət çəkən simptomlarının yüksək hərarət, tənəffüs çətinliyi olduğunu qeyd ediblər.
//Nəzərbəy, Editor.az

