Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verdi: Rəsmi Moskvanın reaksiyasıbackend

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verdi: Rəsmi Moskvanın reaksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin və u.aq ombudstmanı Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak izah edib ki, onlar ukraynalı uşaqları qanunsuz olaraq zorla köçürməkdə şübhəli bilinirlər. Bu o deməkdir ki, onlar “Roma Nizamnaməsi”ni ratifikasiya etmiş ölkələrin ərazisində həbs oluna bilərlər.

Editor.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova məsələ ilə əlaqədar deyib ki, Rusiya bu məhkəmə ilə əməkdaşlıq etmir və onun qərarları Rusiya Federasiyası üçün əhəmiyyət kəsb etmir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinin həbsinə order verilməsini qəbuledilməz adlandırıb: “Məsələnin qoyuluşu özü qəbuledilməzdir. Biz bu məhkəmənin yurisdiksiyasını tanımırıq, onun hər hansı qərarı qanun nöqteyi-nəzərindən etibarsızdır”. Nəhayət, Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Dmitri Medvedev də Twitter-də Beynəlxalq Cinayət Məhkəməsinin qərarına münasibət bildirib.

Lakin onun cavabının, həmişə olduğu kimi, diplomatiya ilə əlaqəsi yoxdur: “Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin haqqında həbs qərarı çıxarıb. Bu kağızdan harada istifadə olunacağını izah etməyə ehtiyac yoxdur”, – deyə o, sonunda tualet kağızı emojisini əlavə edib. Mariupoldan bir oğlan uşağı qanunsuz olaraq övladlığa götürən Uşaq Ombudsmanı Mariya Lvova-Belova onun həbsinə order verilməsi xəbərini “işini tərifləmək” kimi qəbul edib: “Əvvəla bu, çox gözəldir ki, beynəlxalq ictimaiyyət ölkəmizin uşaqlarına kömək etmək üçün görülən işləri yüksək qiymətləndirib.

Çünki biz onları müharibə zonasında qoymuruq, onları çıxarırıq, yaxşı şərait yaradırıq onlar üçün. Onları sevən, qayğıkeş insanlarla əhatə edin bütün ölkələrin, hətta Yaponiyanın da mənə qarşı sanksiyaları var idi. İndi həbs qərarı var, görəsən bundan sonra nə olacaq – yaxşı, biz işləməyə davam edirik”, – Lvova-Belova deyib.

  //Samir Qurbanov,Editor.az