Haaqa Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının iddiası üzrə İsrailə qarşı dinləmələrə başlayıbbackend

Haaqa Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının iddiası üzrə İsrailə qarşı dinləmələrə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haaqa Beynəlxalq Ədalət Məhkəməsi Qəzza zolağı sakinlərinin soyqırımı ilə bağlı Cənubi Afrikanın iddiası üzrə İsrailə qarşı dinləmələrə başlayıb.

İclasda 15 hakimdən ibarət kollegiya, həmçinin Cənubi Afrika və
İsrail nümayəndə heyətləri iştirak edir.

Editor.az “Associated Press”ə (AP) istinadən xəbər verir ki, Cənubi Afrika Fələstinin HƏMAS hərəkatının hücumundan sonra İsrailin hərəkətlərinin “soyqırım xarakterli” olduğunu və “BMT-nin Soyqırım Konvensiyasından irəli gələn əsas öhdəlikləri” pozduğunu iddia edir. Cənubi Afrika Respublikası məhkəmə prosesində hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir. Dinləmələr yanvarın 11 və 12-də davam edəcək. Görüşün ikinci günündə söz İsrail tərəfinə veriləcək.

AP-nin məlumatına görə, dinləmə ərəfəsində yüzlərlə etirazçı İsrail bayraqları və məhbuslara istinad edərək “onları evə buraxın” yazıları ilə məhkəmə binasına gəlib. Daha bir qrup etirazçı Fələstin bayraqları ilə küçələrə çıxıb.

Xatırladaq ki, Cənubi Afrika dekabrın 29-da BMT məhkəməsində İsrailə qarşı iddia qaldırıb.

//Samir Qurbanov, Editor.az