“Haber Global” telekanalı 2 yaşındabackend

“Haber Global” telekanalı 2 yaşında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəaliyyətə başladığı qısa müddət ərzində Türkiyə teleməkanında öncül mövqelərə yüksəlməyi bacaran “Haber Qlobal” xəbər telekanalı 2 yaşını qeyd edir.

Azərbaycanın “Global Media” media holdinqinə məxsus olaraq, 2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalının İdarə Heyətinin sədri iş adamı Elnur Abdullayev, baş direktoru isə tanınmış jurnalist Məmməd Gülmməmədovdur.

“Haber Global” fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri, o cümlədən, Qarabağ münaqişəsinin gerçək mahiyyətini öz auditoriyasına çatdırır.

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan mətbuatının bu il qeyd olunan 145 illiyi münasibətilə “Haber Global” telekanalının rəhbərliyini xüsusi diplomla mükafatlandırıb.

“Haber Global”ı fəaliyyətə başlamasının 2 illiyi münasibətilə təbrik edir, həmkarlarımıza davamlı uğurlar arzulayırıq.

//Yenicag.az