Hacı Şahini o əvəz edəcək-FOTObackend

Hacı Şahini o əvəz edəcək-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu həftə Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov tərəfindən qılınacaq.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin feysbuk səhifəsində məlumat paylaşılıb.

Əldə etdiyimiz məlumata görə, adıçəkilən ilahiyyatçı Hacı Şahinin tələbəsi olub. O, Haci Şahinin sağlığında da bir neçə dəfə bu səlahiyyəti icra edib. Belə ki, Hacı Şahin səfərlərdə olan vaxt onu Elbrus Kərimov əvəz edib.

Qeyd edək ki, Hacı Şahin 2001-ci ildən “Məşədi Dadaş” məscidində imam-camaat olub. O, martın 2-də qəfil evində dünyasını dəyişib.