Hacıməlik qəsəbəsinin yararsız tibb məntəqəsi-REPORTAJ-FOTObackend

Hacıməlik qəsəbəsinin yararsız tibb məntəqəsi-REPORTAJ-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mavi yanacaq yox, bina isə yararsız vəziyyətdə.Söhbət Göygöl rayonun Hacıməlik qəsəbəsindən gedir. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, tikili Hacıməlik qəsəbəsində fəaliyyət göstərən fəaliyyət yeganə tibb məntəqəsindən gedir. Uzun illərdir baxımsız haldda olan məntəqədə hər hansı tibbi yardmdan söhbət gedə bilməz. Tibb məntəqəsi odun parçaları ilə dolub daşır, tibbi avadanlıqlar isəhara gəldi gəldi atılıb. Bina tibb müəssisəsinə uyğunlaşdırılıb. İki çarpayı diqqət çəkir. Dərmanların saxlanılması üçün isə nəzərdə tutulan soyuducular isə tamami ilə boşdur. Ən ciddi məsələ həkim məntəqəsində ixtisaslı həkimin olmamasıdır.Sədəf Məmmədova tibb məntəqəsində baş tibb bacısı işləyir.Deyir ki,bir dəfə cari təmir edilib.Amma nəticə yoxdur.Məntəqədə ixtisaslı həkim də yoxdur.

“Həkimimiz yoxdur,maşın yoxdur, kəndimiz böyükdür. Skoru zəng edir əvəzinə biz gedirik. Yararsızdır əlbəttə yararsızdır”

Hacıməlik qəsəbəsi Göygöl rayonun ən iri yaşayış massivlərindən biri hesab edilir. Burada 5 minə yaxın sakin yaşayır. Bu sakinlərə yaxın ərazidə tibbi xidmət göstərən yeganə həkim məntəqəsi də məhz budur. Şəraitsizlikdən Hacıməlik sakinləri xəstələrini rayon mərkəzinə və şəhərə aparır. Qəsəbə sakini Qərənfil Budaqova tibb məntəqəsinin yararsız vəziyyətindən gileylənir:

“Şərait yoxdur,həkim yoxdur. Gəlirik baxan yoxdur. Nə köməklik edirlər bunlar edir. Xəstələrimizi Gəncəyə aparırıq,rayona aparırıq.Qazı yoxdur,şəraiti yoxdur.Olsa biz də buarada müalicə alardıq.”

Rəsmi statistikaya əsasən hazırda Göygöl rayonunda 33 tibb məntəqəsi var. Rayonun Mərkəzi Xəstəxanının şöbə Əlikömək Alıyev deyir ki, tibb məntəqəsi bu il əsaslı təmir ediləcək.

“Həmin məntəqələrdən biri də Hacıməlik qəsəbə tibb məntəqəsidir və həmin məntəqədə siyahıya salınıb.Ümumiyyətlə əsaslı təmir işind qaz xətti ilə tmin olunması,tam mükəmməl tibb məntəqəsinə çevrilməsi nəzərdə tutulub”

O ki, qaldı tibb məntəqəlində ixtisaslı həkimlərə cari il də bu problem də aradan qaldırlacaq və Göygöl rayonunkəndlərində fəaliyyət göstərən tibb və həkim məntəqələri tam ixtisaslı həkimlər ayrılacaq.