Hadı Rəcəbli Hüseynbala Mirələmovun videosundan danışdı: “Montajdı, kişi oruc tutur”backend

Hadı Rəcəbli Hüseynbala Mirələmovun videosundan danışdı: “Montajdı, kişi oruc tutur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb.

Məsələ ilə bağlı Hüseynbala Mirələmovla əlaqə yaratmağa çalışılsa da, o, telefonu açmayıb.

Daha sonra Hüseynbala Mirələmovun ən yaxın dostu,  keçmiş deputat Hadı Rəcəbli ilə əlaqə yaratdıq.

Hadı Rəcəbli saytımıza açıqlamasında bu barədə danışmayacağını bildirib:

“Hüseynbala Mirələmovla dostluğumuzun dərin tarixi var. Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.

Hadı Rəcəbli bir neçə il bundanöncə özü ilə bağlı da belə bir halın baş verdiyini xatırladıb:

“Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Həmin rəqsin videosunu yayıb məni də təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb”.

Modern.az

Loading...