Hakan Fidan Ermənistanla münasibətlərin normallaşdırılmasından danışdıbackend

Hakan Fidan Ermənistanla münasibətlərin normallaşdırılmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Xarici İşlər Nazirliyinin 2026-cı il büdcəsini Türkiyə Böyük Millət Məclisinin Planlaşdırma və Büdcə Komitəsinə təqdim edib.

Təqdimatdan sonra nazir parlament üzvlərinin suallarını cavablandırarkən Ermənistanla münasibətlərin normallaşdırılması üçün bir şərt irəli sürüb: “Biz Azərbaycan və Ermənistan yekun sülh müqaviləsi imzaladıqdan sonra İrəvanla münasibətləri normallaşdırmağa hazırıq”- Hakan Fidan deyib.

Nazir həmçinin qeyd edib ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı dəfələrlə bəyan etdiyi siyasət davam etdiriləcək.

//Samir Qurbanov, Editor.az