Hakan Fidan Moskvadadırbackend

Hakan Fidan Moskvadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya paytaxtına səfəri çərçivəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb.

Bu barədə mayın 26-da Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Daha əvvəl cənab Fidanın Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlaşdığı bildirilirdi. “Xarici işlər naziri (Hakan Fidan) Moskvada Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşüb”, – Türkiyə Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki hesabında yazılıb.

Mayın 27-də Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla da görüşəcək. Səfərin ilk günü, mayın 26-da türkiyəli nazir Rusiya prezidenti Vladimir Putin və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşməyi gözləyir.

Xatırladaq ki, Hakan Fidan Rusiya ilə Ukrayna arasında 2022-ci ildən bəri mayın 16-da İstanbulda keçirilən ilk danışıqlarda vasitəçi kimi çıxış edib. Təmaslardan sonra Hakan Fidan tərəflərin danışıqların yeni raundu ilə bağlı fundamental razılığa gəldiyini bildirib. Mayın 18-də RİA Novosti türk mənbəsinə istinadən yazıb ki, növbəti turun yeri ilə bağlı hələ də aydınlıq yoxdur. Mayın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında hələlik heç bir konkret məlumatın olmadığını bildirib.

//Samir Qurbanov, Editor.az