Türkiyənin xarici işlər naziri Hakan Fidan Astanaya rəsmi səfərə gedib.
Editor.az bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildiriblər. Nazirliyin məlumatına görə, Fidan qazaxıstanlı həmkarı ilə danışıqlar aparacaq. Həmçinin, iclasın yekunları üzrə departament rəhbərləri mətbuata açıqlama verəcəklər.
Xatırlaaq ki, Türkiyə və Qazaxstan 25 ildən artıqdır ki, əməkdaşlığı inkişaf etdirir və ötən il müxtəlif istiqamətlərdə – ticarət-iqtisadi və mədəni sahələrdə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəliblər.
//Samir Qurbanov, Editor.az

