Rusiya və Ukrayna arasında İstanbulda danışıqlar vəziyyətin həlli və davamlı sülhün bərqərar olması üçün əsas ola bilər.
Editor.az bildirir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Budapeştdə bu gün keçirilən iclasında Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya və Ukrayna nümayəndələrinin iştirak etdiyi İstanbul danışıqlarını xüsusi qeyd edib. “Ümid edirik ki, İstanbulda keçiriləcək danışıqlar gələcəkdə hərtərəfli atəşkəsə, ədalətli və davamlı sülhə zəmin yaradacaq”, – Fidan bildirib.
Qeyd edək ki, bu gün Macarıstanın paytaxtında ATC-nin qeyri-rəsmi sammiti keçirilir; ilk dəfə olaraq Təşkilatda müşahidəçi ölkə ərazisində ATC rəhbərlərinin görüşü təşkil edilmişdir.
//Samir Qurbanov, Editor.az