Hakan Fidan Rusiyanın Suriyadakı bazalarının taleyindən danışdıbackend

Hakan Fidan Rusiyanın Suriyadakı bazalarının taleyindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ankaraya səfəri zamanı Rusiyanın Suriyadakı bazaları məsələsinin müzakirə edildiyini bildirib. “Suriya və Rusiyanın öz tarixi var.

Bu tarix əsasən Əsəd rejimi dövründə qurulan sosial, iqtisadi münasibətlərin və təhlükəsizlik əlaqələrinin əsasını təşkil edir”, – deyə Fidan “Al Jazeera Arabic”ə bildirib. “İndi, yeni dövrdə, xüsusən də orada Rusiya hərbi bazalarının olması, digər iqtisadi məsələlər və s. Bununla hara getmək, nə baş verə bilər, nə etmək lazımdır kimi müzakirələr aparılıb”.

Qeyd edək ki, Sergey Lavrov bazar ertəsi, fevralın 24-də Ankaraya gəlib. Rusiya Xarici İşlər Nazirliyinin səfərin nəticələrinə dair şərhində deyilir ki, danışıqların əsas mövzuları Suriya, Fələstindəki vəziyyət və Ukrayna böhranı olub.

//Samir Qurbanov, Editor.az