Hakan Fidan Sergey Lavrov və Antonio Quterreşlə danışıqlar aparıbbackend

Hakan Fidan Sergey Lavrov və Antonio Quterreşlə danışıqlar aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “taxıl sazişi”ni uzatmaqdan birtərəfli qaydada imtina etməsi fonunda Türkiyənin xarici işlər naziri Hakan Fidan işğalçı ölkənin xarici işlər naziri Sergey Lavrov və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparıb.

Editor.az “Hurriyet Daily News”a istinadən xəbər verir ki, söhbət zamanı mövcud vəziyyət və mümkün həll yolları müzakirə edilib. Xüsusilə, Ukrayna taxılının Türkiyə boğazları vasitəsilə dünya bazarlarına çıxarılması məsələsi qaldırılıb.

Türkiyə tərəfinin kommünikesi hələ dərc edilməyib. Bu arada Rusiya Xarici İşlər Nazirliyinin saytında taxıl dəhlizinə “alternativ” təklif edilib. “Qara Dəniz Təşəbbüsünə alternativ olaraq, nazirlər Kiyevin və onun Qərb himayədarlarının təxribatçı fəaliyyətlərindən asılı olmayan, daha çox ehtiyacı olan ölkələrə taxıl tədarükünün digər variantlarını nəzərdən keçiriblər”, – departamentin bəyanatında deyilir.

 //Samir Qurbanov, Editor.az