Hakan Fidandan Rusiyaya XƏBƏRDARLIQ – “Risklə üz-üzədir”backend

Hakan Fidandan Rusiyaya XƏBƏRDARLIQ – “Risklə üz-üzədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya danışıqlarda kifayət qədər çevik olmaması səbəbindən əlverişsiz mövqedə qalmaq riski ilə üz-üzədir”.

Publika.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Fidanın sözlərinə görə, Ukrayna və Avropa ölkələri Donald Trampın atəşkəs çağırışını dərhal dəstəkləyib, Rusiya isə analoji uyğunluq nümayiş etdirməyib.

“Çeviklik olmasa, Moskva ABŞ və sülh tələb edən dünya ictimaiyyəti qarşısında uduzmuş vəziyyətdə olacaq”, – nazir vurğulayıb.

Fidan danışıqlar prosesində irəliləyiş olduğunu qeyd edərək, Ankaranın mövqeləri yaxınlaşdırmaq üçün bütün tərəflərlə əlaqə saxladığını bildirib.

Rusiya-Ukrayna sülh danışıqlarının ikinci raundu iyunun 2-də İstanbulda keçirilə bilər – Moskva bunu təklif edib. Eyni zamanda, Kiyev Kreml atəşkəs şərtləri ilə bağlı memorandumun öz versiyasını təqdim edənə qədər görüş təklifini qəbul etməkdən imtina edir.