Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ilə bağlı danışıqlar üçün növbəti dəfə platforma təqdim etməyə hazır olduğunu açıqlayıb.
O, əmindir ki, nizamlanmanı münaqişənin hər iki tərəfi ilə müzakirə etmək lazımdır.
Editor.az xəbər verir ki, Hakan Fidan bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla Ankarada görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. Türkiyəli nazir xatırladıb ki, 2022-ci ildə Rusiya-Ukrayna danışıqları İstanbulda baş tutub. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətini davam etdirir. “İnanırıq ki, hər iki tərəfin iştirakı ilə danışıqlar yolu ilə həll yolu tapıla bilər.
Bu kontekstdə biz hər cür dəstəyi verməyə və sülh danışıqlarını qəbul etməyə hazırıq. “Təcili olaraq sülh yolu ilə nizamlanma lazımdır”, – deyə Hakan Fidan vurğulayıb.
//Samir Qurbanov, Editor.az