Ermənistanda hakim 150 min dollar məbləğində rüşvət alarkən tutulub.
Editor.az bildirir ki, bu barədə respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat verib. Müəyyən edilib ki, hakim şirkəti müflis elan edib və bundan sonra onun əmlakının açıq hərracda satışı prosesi başlayıb.
2022-ci ilin yazında hərracda qalib gələn şirkət ödənişləri vaxtında həyata keçirmədiyi üçün bu problemi həll etməyə çalışan səhmdarları müflis olan şirkətin meneceri ilə əlaqə saxlamaq xahişi ilə dostlarına müraciət ediblər.
2023-cü ilin noyabrında menecer İrəvandakı kafelərdən birində hakimlə görüş keçirib və orada onu pul müqabilində dostlarının – hərracda qalib gələn şirkətin maraqlarına uyğun qərar qəbul etməyə dəvət edib. Hakim əvvəlcə bunun üçün 20 min dollar istəsə də, sonra israrla 150 min dollar verməyi tələb edib. Onlar bu məbləği hissə-hissə ödəməyə razılaşıblar. Bir ay sonra səhmdarların nümayəndəsi 20 min dolları menecerə, o da hakimə verib. Dekabrda prokuror hakimə qarşı açıq cinayət işi açıb. Hakim və menecer həbs edilib və iş məhkəməyə göndərilib.
//Samir Qurbanov, Editor.az

