Hakim Donald Trampa xəbərdarlıq etdibackend

Hakim Donald Trampa xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Trampın “susmaqğa görə pul” işi üzrə hakim Xuan Merçan aprelin 30-da onu hörmətsizliyə görə 9 min dollar cərimələyib və Trampın bunu etməkdə davam edəcəyi təqdirdə onun həbs eediləcəyini bildirib.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, yazılı qərarda hakim bildirib ki, cərimə Trampı çəkindirmək üçün kifayət etməyə bilər. “Müttəhimə bununla bağlı xəbərdarlıq edilir ki, məhkəmə onun qanuni qərarlarının qəsdən pozulmasına dözməyəcək və şəraitdə zəruri və uyğun olarsa, həbs cəzası təyin edəcək”, – Mercan yazıb.

O, Trampın şahidləri və işdə iştirak edən başqalarını tənqid etməsinin qarşısını almaq üçün susmaq haqqında əmr verib. Hakim şahidləri və ya prosesin digər iştirakçılarını tənqid etməmək barədə hakimin əmrini pozan 9 onlayn ifadənin hər birinə görə Trampı 1000 dollar cərimələyib. Prokurorlar 10 postu mümkün pozuntu kimi qeyd ediblər. Hakim həmçinin Trampa “Truth Social” hesabından və seçki kampaniyasının internet səhifəsindən ifadələri silməyi əmr edib.

//Samir Qurbanov, Editor.az