Ermənistanın baş naziri Nikol Paşinyan “İpək Yolu – Tbilisi” konfransında iştirak etmək üçün Tbilisiyə işgüzar səfərə gəlib.
Editor.az bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər verib. “Oktyabrın 26-da Paşinyan Gürcüstana bir günlük işgüzar səfərə yola düşüb və burada “Tbilisi – İpək Yolu” (The Tbilisi Silk Road Forum) beynəlxalq konfransında iştirak edəcək”, – ER hökumətinin mətbuat xidməti bildirib.
Səfər zamanı Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə də görüş keçirəcək. Onu da əlavə edək ki, Ermənistanın baş naziri bu gün MDB ölkələrinin Hökumət Başçıları Şurasının və Ermənistanın da üzvü olduğu Avrasiya Hökumətlərarası Şurasının keçiriləcəyi Bişkekə getməyib.
//Samir Qurbanov, Editor.az

