“Hamıdan əvvəl Özbəkistan nəticə çıxartmalıdır” – Lukşenkobackend

“Hamıdan əvvəl Özbəkistan nəticə çıxartmalıdır” Lukşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstandakı situasiyadan dərs alınmalıdır, hamıdan əvvəl Özbəkistanda.

Bu barədə yanvarın 10-da KTMT iclasında Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Onun sözlərinə görə, bu gün Mərkəzi Asiya ölkələrində stuasiyanı pozmaq üçün cəhd edənlərin sayı çoxalıb, sərhəddə isə xeyli terrorçu cəmləşib.

«Qazaxıstandakı hadisələrin analizi, əlbəttə ki, xarici faktorun olduğunu göstərir. Ssenaridən öyrəndiklərimiz barədə elə indicə Qazaxıstan Prezidenti danışdı. Analogiyaların ardınca uzağa getmək lazım deyil: Yuqoslaviya, İraq, Liviya, Suriya, Ukrayna, Əfqanıstan. Elə bu yaxınlarda Belarus belə kombinə olunmuş təzyiqlə üzləşib» – Belarus lideri bəyan edib.

Bu zaman o, qeyd edib ki, Qazaxıstanda baş verən yalnız xarici faktor ola bilməz, həm də daxili səbəbləri görmək lazımdır. Lukaşenko xatırladıb ki, Belarus bu dərsi 2020-ci ildəki prezident seçkilərindən sonra alıb.

«Əgər biz, günahı təkcə xarici faktorda görsək, təkrarını ala bilərik» – Lukaşenko bəyan edib. Prezident qeyd edib ki, “burada barəsində çox danışdığımız dərslərdən, bağışlayın, hamıdan əvvəl Özbəkistan nəticə çıxartmalıdır”.

Bundan başqa, Belarus lider qeyd edib ki, KTMT-ni işğalçı kimi qəbul etmək olmaz. «Biz, öz istəyimizlə gəlmədik. Bizi dostumuz, qardaşımız çağırdı» – o, deyib.