Türkiyənin Samsun şəhərində oğru 8 aylıq hamilə olduğu üçün sərbəst buraxılıb. Sərbəst buraxıldıqdan 6 gün sonra yenidən oğurluq edən şübhəli ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.
Samsunda evlərdən oğurluq etdiyinə görə bir neçə cinayəti olan 8 aylıq hamilə, 4 uşaq anası 26 yaşlı B.Y. 6 gün əvvəl girdiyi evdən qızıl-zinət əşyaları oğurladığı üçün polis tərəfindən yaxalanıb və 8 aylıq hamilə olduğu üçün prokurorun göstərişi ilə ifadəsi alınıb və sərbəst buraxılıb. B.Y. İlkadım rayonu, Bahçelievler məhəlləsində o, qapının kilidini xüsusi cihazla açaraq girdiyi evdən qızıl-zinət əşyaları və pul oğurlayıb. Polis tərəfindən nəzarətə alınan B.Y. bu gün Samsun Ədliyyəsinə göndərilib.
İrəli sürülən ittihamları qəbul etməyən B.Y.-nın həbsi istənilərək prokuror tərəfindən növbətçi məhkəməyə sövq edilib. Növbətçi məhkəmə tərəfindən həbs edilən B.Y. Samsun Qapalı Həbsxanasına göndərilib.
//Samir Qurbanov, Editor.az

