Hamilə qadının ölümü ölkədə ciddi ajiotaj səbəb oldubackend

Hamilə qadının ölümü ölkədə ciddi ajiotaj səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqalın Louqa şəhərində təbii doğuşa məcbur edilən hamilə qadının ölümü ölkədə ciddi ajiotaj yaradıb.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki,  hadisə ilə bağlı bütün səhiyyə işçiləri ciddi tənqid olunub. Seneqalda səhiyyə həmkarlar ittifaqlarının çağırışı ilə ölkə daxilində təşkil edilən tətildə mamaça və həkimlər də daxil olmaqla, bütün tibb işçiləri 24 saatlıq iş yerlərini tərk ediblər. Yerli mətbuata açıqlama verən səhiyyə işçiləri təbii doğuşa məcbur edildiyi üçün həyatını itirən Astou Sokhnanın vəziyyəti ilə bağlı həqiqətin tezliklə üzə çıxacağını, onlara qarşı edilən tənqidlərin haqsız olduğunu bildiriblər. Tibb işçiləri Sokhnanın ölümü ilə bağlı bütün tibb işçilərinin ictimai tənqidə məruz qalmasını doğru hesab etmirlər.

Qeyd edək ki, aprelin 5-də 9 aylıq hamilə 34 yaşlı Sokhna, doğum sancılarının artması Amadou Sakhir Mbaye Dövlət Xəstəxanasına müraciət edib. Tibb işçiləri Soxnanın doğumunun həmin günə təyin edilmədiyini əsas gətirərək keysəriyyə əməliyyatından imtina ediblər və hamilə qadın 20 saat ağrıdan sonra körpəsi ilə birlikdə dünyasını dəyişib.

//Gülnarə Abasova, Editor.az