Hamilə qadınlara koronavirus XƏBƏRDARLIĞI: Çox təhlükəlidirbackend

Hamilə qadınlara koronavirus XƏBƏRDARLIĞI: Çox təhlükəlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oksford Universitetinin alimləri COVID-19-un hamilə qadınlar üçün əvvəllər düşünüləndən daha çox təhlükə yaratdığını sübut ediblər.

Editor.azınxarici mediaya istinadla verdiyi xəbərə görə, 2020-ci ilin martından oktyabr ayına qədər tədqiqatçılar 18 ölkədən 2130 hamilə qadını izləyib, onlardan 706 nəfərinə COVID-19 diaqnozu qoyulub.

COVID-19-a yoluxan hər xəstə üçün eyni xəstəxanadan eyni zamanda iki hamilə sağlam qadın olub. Mütəxəssislər, xəstəxanaya gətirilənə və çıxana qədər vəziyyətlərini izləyiblər.

SARS-CoV-2 infeksiyası olan hamilə qadınların ağır infeksiyalar, reanimasiya şöbəsində xəstəxanaya qaldırılma və hətta ölüm riski (50 faizdən daha yüksək) olduğu ortaya çıxıb.

Körpələr də vaxtından əvvəl doğulub (3 dəfə) və digər ağırlaşmalara məruz qalıblar. Əlamətsiz xəstələrdə risklər COVID-19 olmayanlarla eyni olub. (lent.az)