Dünən şəxsi həyatı haqqında əvvəllər heç nə məlum olmayan “HammAli & Navai” rep duetinin 32 yaşlı solisti Aleksandr Qromovun (Əliyev) Soçidə toyu olub. Qonaqlardan yeni evlənənlərin fotolarını və videolarını sosial şəbəkələrdə dərc etməkdən çəkinmələri xahiş olunub, buna görə də Aleksandrın seçdiyi şəxsin kimliyi çoxları üçün sirr olaraq qQalıb.
Oxu.Az xəbər verir ki, super.ru reperin sevgilisini dünyaya rəsmən tanıtmasını gözləməyərək, hər şeyi özləri öyrəniblər.
Musiqiçinin həyat yoldaşının Emiliya Əlizadə olduğu güman edilir, onun 23 yaşı var. Qız da əri kimi azərbaycanlıdır, lakin Moskvada yaşayır. 2019-cu ildə V.İ. Razumovski adına Saratov Dövlət Tibb Universitetinə (Rusiya) daxil olub. Görünür, Emiliya ictimaiyyət qarşısında tanınmaq istəmir – onun “Instagram” hesabı bağlıdır.