Hansı xəstəliklər saç tökülməsinə səbəb olar?- Həkim AÇIQLADIbackend

Hansı xəstəliklər saç tökülməsinə səbəb olar?- Həkim AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hemotest laboratoriyasının mütəxəssisi, rusiyalı həkim Aleksandra Fileva saç tökülməsinə səbəb ola biləcək bir sıra xəstəliklərdən danışıb.

O bildirib ki, dihidrotestosteronun təsiri ilə saç tökülməsinə “androgenetik alopesiya” deyilir. Həkim onu qeyd edib ki, bu xoşagəlməz halın əsas səbəblərindən biri də bu cinsi hormonun həddindən artıq həcmidir.

“Orqanizmdə maddələr mübadiləsi pozulursa, problemlərə ilk olaraq saçlar reaksiya verir – onlar matlaşır, qırılır, tökülür”, – dermatoloq bildirib. Həmçinin Fileovanın sözlərinə görə, qalxanabənzər vəzlə bağlı problemlər saç tökülməsinə səbəb ola bilər. Həkim saç tökülməsinə səbəb olan xəstəliklər sırasına anemiyanı da əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Medicina” ASC-nin dermatoloq və trixoloqu Olqa Saperova “yağlı balıq, yumurta, qoz-fındıq, ispanaq və avokado yeməklə saç tökülməsini azalda və qismən qarşısını almaq olar”,- deyib.

//Gülnarə Abasova, Editor.az