Hüquq-mühafizə orqanının əməkdaşına və hərbçiyə hücumda şübhəli bilinən Ukraynanın xalq deputatı Artyom Dmitruk qanunsuz olaraq ölkəni tərk edib.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) sərhədi qanunsuz keçmə faktı ilə bağlı cinayət işi açıb. Lakin idarənin mesajında deputatın adı göstərilməyib. Dmitrukun sərhədi necə keçdiyini və bu işdə ona kimin kömək etdiyini öyrənmək üçün Odessada istintaq-əməliyyat qrupu işləyir.
DSX-nin bəyanatında deyilir ki, mülki şəxslər və dövlət sərhəd xidmətinin əməkdaşları üzərində artıq axtarışlar aparılıb. Faktla bağlı şəxslərin dövlət sərhədindən qanunsuz keçirilməsinə şərait yaratma maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, avqustun 25-i axşam saatlarında Ukrayna Baş Prokurorluğu xalq deputatına qarşı Cinayət Məcəlləsinin bir sıra maddələri ilə şübhəli bilinərək ittiham olunduğunu açıqlayıb. Media xəbər verir ki, söhbət Artyom Dmitrukdan gedir.
//Samir Qurbanov, Editor.az