Harda olursa olsun, yalnız Rusiya və Belarusda olmasın – Zelenskibackend

Harda olursa olsun, yalnız Rusiya və Belarusda olmasın – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər üçtərəfli görüş Ukrayna üçün müsbət nəticələr verəcəksə və müharibənin bitməsinə kömək edəcəksə, onun harada keçirilməsinin əhəmiyyəti yoxdur – sadəcə Rusiyada və ya Belarusda olmasın.

Bunu prezident Volodimir Zelenski 27 oktyabrda jurnalistlərlə görüşündə bildirib. O, mümkün danışıqlar sülhü yaxınlaşdırarsa, Putinlə hətta Macarıstanda da görüşməyə etiraz etməyəcəyini bildirib: “Parisdə Vitkovla danışdığımız zaman dedim ki, məsələ Macarıstanda deyil, Macarıstan liderindədir – o, Ukraynanı bloklayır. Əgər nəticə olarsa, danışıqlar istənilən yerdə baş tutsun.

Əgər bu, üçtərəfli görüşün şərtidirsə, yəni Ukrayna üçün, ilk növbədə, müharibəni bitirməklə müsbət nəticə əldə edəcəyiksə, eləsin və qoy o, öz faydasını qazansın”, – deyə Zelenski bildirib. O, vurğulayıb ki, əsas məqsədimiz müharibəni bitirməkdir: “Əgər üçtərəfli görüş müharibənin bitməsi ilə bağlıdırsa, onda biz hazırıq – harada olmağından asılı olmayaraq. Bunun demək olar ki, heç bir əhəmiyyəti yoxdur – əlbəttə ki, qətiyyən Rusiyada və Belarusda deyil”, – deyə o bildirib.

//Samir Qurbanov, Editor.az