Haritonovla digər MMA döyüşçü arasında münaqişənin görüntüləri yayılıb – VİDEObackend

Haritonovla digər MMA döyüşçü arasında münaqişənin görüntüləri yayılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı MMA döyüşçüsü Serqey Xaritonov və həmvətəni, digər məşhur MMA döyüşçüsü, “Boroda” (“Saqqal”) ləqəbli Adam Yandiyev arasında münaqişənin görüntüləri yayılıb.

Lenta.ru-nun məlumatına görə, bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Videodan görünür ki, ilk olaraq Yandiyev Xaritonovu vurub. Bundan əvvəl döyüşçülər üz-üzə dayanıb söhbət edirdilər.

Vəkili Aleksandr Kravtsov, döyüşçünün hücuma məruz qaldığını və çox pis vəziyyətdə xəstəxanada olduğunu deyib. Xaritonovun hüquq-mühafizə orqanlarına müraciət edəcəyi bildirilir.