Harri Kasparov Putini “hərbi cinayətkar” adlandırdıbackend

Harri Kasparov Putini “hərbi cinayətkar” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı hüquq müdafiəçisi və şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov dünya güclərini Rusiya prezidenti Vladimir Putinə qarşı Ukraynaya müdaxilə ilə bağlı daha sərt hərbi-iqtisadi strategiya hazırlamağa çağırıb

Editor.az xəbər verir ki,o, “Reuters” agentliyinə müsahibəsində Qərb ölkələrini Moskvadan səfirlərini geri çəkməyə, Rusiyanı “İnterpol”un üzvlüyündən çıxarmağa və Ukrayna üzərində uçuşa qadağan zona tətbiq etməyə çağırıb.

“Rusiyanı yenidən daş dövrünə atmaq lazımdır ki, onun neft-qaz sənayesi və rejimin yaşamasına xidmət edən digər həyati əhəmiyyət daşıyan sahələri iflic olsun. Putin ağlasığmaz hərbi cinayətlər törədib və onu devirmədən regionda sülh olmayacaq”-deyə keçmiş dünya çempionu fikirlərini yekunlaşdırıb.

//Gülnarə Abasova, Editor.az