Dünyanın bütün ölkələri arasında İran ABŞ-ın əzəli düşmənidir.
Editor.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində deyib. Jurnalistin ABŞ-ın əzəli düşməni ilə bağlı sualını cavablandıran Harris İranı belə adlandırıb.
O xatırladıb ki, İranın əlləri Amerika qanına bulaşıb. Buna görə də Harrisin fikrincə, İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq lazımdır. Lakin Harris İranla müharibəyə hazır olub-olmadığını söyləməkdən imtina edib.
//Gülnarə Abasova, Editor.az

