Harris qalib gələcəyi təqdirdə ABŞ sərhədində daha sərt tədbirlər vəd edirbackend

Harris qalib gələcəyi təqdirdə ABŞ sərhədində daha sərt tədbirlər vəd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçkidə qalib gələcəyi təqdirdə sərhəd tədbirlərini sərtləşdirən qanunvericiliyin qəbulu üçün fəal şəkildə çalışacağını söyləyib.

Editor.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb. Harris vurğulayıb ki, ABŞ sərhədini qeyri-qanuni keçmək ölkə qanunlarının pozulmasıdır, çünki bunun nəticələri olmalıdır. O qeyd edib ki, prezident Co Bayden administrasiyası Konqres üzvləri ilə immiqrasiya məsələlərində işləyir və sərhədi gücləndirə biləcək qanun layihəsi hazırlanır. Bununla belə, Harrisin sözlərinə görə, Donald Tramp Konqresdəki tərəfdarlarını siyasi maraqlarına görə bu qanun layihəsinin qarşısını almağa çağırıb. Miqrasiya böhranı ABŞ-da seçki kampaniyasının əsas probleminə çevrilib. Respublikaçılar vəziyyəti pisləşdirməkdə demokratları günahlandırırlar.

Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ tarixində ən böyük qanunsuz mühacir deportasiyasını təşkil edəcəyinə söz verib.

//Gülnarə Abasova, Editor.az