ABŞ hökuməti Harvard Universiteti ilə 2,2 milyard dollardan çox qrant və 60 milyon dollarlıq müqaviləni dondurub. Buna səbəb universitetin ABŞ prezidenti Donald Tramp administrasiyasının fəallıq və professor-müəllim heyəti ilə bağlı tələblərinə cavab verməkdən imtina etməsi olub.
Editor.az “Associated Press”ə istinadən xəbər verir ki, aprelin 11-də ABŞ administrasiyası universiteti “ləyaqət əsasında” qəbul və işə qəbul siyasətini həyata keçirməyə və kampusunu, fakültəsini və rəhbərliyini müxtəlifliyə dair fikirlərini yoxlamağa çağırıb. Harvarddan mitinqlər zamanı üz maskalarının taxılmasını qadağan etməsi də istənilib. Nəşr qeyd edir ki, bu, kampusda Fələstin tərəfdarı olan etirazçılara qarşı yönələ bilərdi.
Bazar ertəsi, aprelin 15-də universitet professorları Donald Tramp administrasiyasına qarşı iddia qaldıraraq, hökumətin tələblərinin akademik azadlıq və söz azadlığı hüquqlarını “hökumətin siyasi üstünlüklərinin xeyrinə” pozduğunu iddia ediblər. “Onlar açıq şəkildə Harvard Universitetinə Tramp administrasiyası tərəfindən irəli sürülən siyasi baxışları və siyasət üstünlüklərini tətbiq etməyə çalışırlar”, – Harvard Crimson şikayətdən sitat gətirir.
//Samir Qurbanov, Editor.az