Hataya gedən azərbaycanlı xilasedicilər gecə saatlarından bəri fasiləsiz işləyirlər – VİDEObackend

Hataya gedən azərbaycanlı xilasedicilər gecə saatlarından bəri fasiləsiz işləyirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə könüllü şəkildə xilasetmə işlərində çalışan azərbaycanlılar gecə saatlarından bəri fasiləsiz şəkildə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Xilasedicilərimizdən biri bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşıb.

“Azərbaycandan gəldim, hazırda Hataydayam. Gecədən bəri buradayıq”, – deyə o bildirib.

O, artıq bir nəfəri sağ çıxara bildiklərini vurğulayıb.

“Əlimizdən gələni edirik, çalışacağıq qalanlarını da xilas edək”, – deyə axtarış-xilasetmə qrupunun üzvü bildirib.