Hatayda 175 saat sonra möcüzə: Ana və iki qızı salamat çıxarıldılar – VİDEObackend

Hatayda 175 saat sonra möcüzə: Ana və iki qızı salamat çıxarıldılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə fevralın 6-da baş verən iki dağıdıcı zəlzələdən sonra bölgədə axtarış-xilasetmə qruplarının işləri fasiləsiz olaraq davam edir. Bununla bağlı sevindirici xəbərlərdən biri Hatayın Antakya rayonundan gəlib.

Belə ki, zəlzələdən sonra 175 saat dağıntılar altında qalan ana və iki uşağı sağ-salamat çıxarılıblar. Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.

Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.