Hataydakı ailə Bərdəyə sığındı – VİDEObackend

Hataydakı ailə Bərdəyə sığındı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hatayda baş verən zəlzələdən zərər çəkmiş Türkiyə vətəndaşı Ayhan Kabakulaq azərbaycanlı həyat yoldaşı və üç aylıq körpəsi ilə birgə Bərdənin Kələntərli kəndinə gələrək burada qayınatasının evində müvəqqəti məskunlaşıb.

Dəhşətli hadisəni hələ də unutmadığını deyən 39 yaşlı ailə başçısı ailə üzvlərini çətinliklə dağıntılar altından çıxardığını bildirib.

Aynur Mustafayeva isə bir neçə ildir ki, Türkiyənin Hatay şəhərində yaşadıqlarını, 3 ay əvvəl isə bir oğul övladlarının doğulduğunu deyib.

“Zəlzələ zamanı övladım üçün yemək hazırlayırdım. İşığı yandıranda gördüm ki, divar üstümə gəlir. Elə bildim, yuxuluyam. Amma gördüm ki, yanılıram. Həmin an uşağı götürüb, beşiyi ilə birlikdə çölə çıxardım”, – deyə o qeyd edib.

Türkiyədə çadırda məskunlaşan Kabakulaq ailəsi Azərbaycana gəlmək qərarını verib. Onlar Türkiyədə yeni mənzillə təmin edilənə qədər burada qalacaqlarını deyiblər.

Qeyd edək, ailə üzvləri zəlzələ zamanı bədənlərinin müxtəlif nahiyələrindən yüngül xəsarət aldığından və psixoloji sarsıntı keçirdiyindən həkim nəzarətində saxlanılırlar.