Hava limanı yolunda avtobuslar yarışır: “100”lə gedən maşın onlara çata bilmir – VİDEObackend

Hava limanı yolunda avtobuslar yarışır: “100”lə gedən maşın onlara çata bilmir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtobusların sürətli hərəkətilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

paytaxt ərazisində iki sərnişin avtobusu sürət həddini aşaraq yarışa çıxıb.

İçərisində sərnişin olan avtobusların təhlükəsizlik qaydalarını pozaraq, həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) yayılan videogörüntülərlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisə ilə bağlı tədbir görülüb:

“136 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusun daşıyıcısı “Status-Avto MMC” və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusun daşıyıcısı “Ayşən LTD” ötən gün agentliyə çağırılıb. Hər iki daşıyıcının aidiyyəti üzrə izahatları alınıb, daşıyıcılara xəbərdarlıq edilib”.