Hava limanına eniş zamanı sərnişin təyyarəsinin şassisi alovlandıbackend

Hava limanına eniş zamanı sərnişin təyyarəsinin şassisi alovlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki “Hartsfield-Jackson” Beynəlxalq Hava Limanına gələn “Delta Boeing” 757 təyyarəsi şassinin alovlanması səbəbindən qəza enişi edib.

Editor.az “FlightMode”yə istinaən xəbər verir ki, eniş zamanı şassisi alovlanıb partladıqdan sonra təyyarədən 200-ə yaxın sərnişin təxliyə edilib. İlkin məlumatlara görə, eniş zamanı təyyarənin təkərlərindən biri partlayıb və eniş aparatının komponentləri istiləşib.

Sərnişinlər təcili sürüşmə vasitəsi ilə təxliyə edilib. “Biz 1437 saylı reysin hava limanımıza təhlükəsiz enişini təmin edə bilən Atlanta “Hartsfield-Jackson” Beynəlxalq Hava Limanında uçuş heyətimizin və ilk müdaxilə edənlərin səylərini çox yüksək qiymətləndiririk”, – Delta Air Lines-in rəhbərliyi bildirib.

/Samir Qurbanov, Editor.az