Respublika Sərhəd Polisinin mətbuat xidməti xəbər verir ki, Kişinyovun Yevgen Doğa Beynəlxalq Hava Limanında içərisində partlayıcı maddələrin olduğu baqaj aşkar edilib.
Sərnişinlər və işçilər hava limanından təxliyə edilib. Hadisə yerinə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları gəlib. Məlumata görə, hava limanında qeydiyyat dayandırılıb, bəzi reyslərin vaxtı dəyişdirilə bilər.
Partlayıcı qurğu Albaniya vətəndaşının baqajının yoxlanılması zamanı aşkarlanıb. O, Kişinyovdan Milana uçmalı imiş. Sərnişin gizlənib və hazırda polis onu axtarır.
//Samir Qurbanov, Editor.az

