Havada müşahidə olunan toz nə vaxta qədər davam edəcək?backend

Havada müşahidə olunan toz nə vaxta qədər davam edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Oxu.Az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.

“Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, – deyə Rəna Allahverdiyeva bildirib.