Havay adaları irimiqyaslı meşə yanğınları ilə mübarizəni davam etdirir. Xilasedicilər artıq yanğını qismən lokallaşdıra biliblər.
Editor.az “Reuters”ə istinadən bildirir ki, indiyədək 53 nəfərin öldüyü məlumdur.
Bununla belə, hakimiyyət dağıntılar təmizləndikdən sonra ölənlərin sayının artacağından ehtiyatlanır.
Məlumata görə, kurort şəhəri Lahaina ən çox zərər çəkib və Havay rəsmiləri bunun yenidən qurulmasının uzun illər çəkəcəyini və milyardlarla dollar tələb olunacağını deyirlər.
Yerli qubernator bildirib ki, yanğın ildə 2 milyon turisti cəlb edən kurort şəhərciyini yanan xarabalığa çevirib. Bu meşə yanğını ştat tarixində ən dəhşətli təbii fəlakət olub, hansı ki, minlərlə insan evsiz qalıb, 1000 bina dağılıb.
//Samir Qurbanov, Editor.az