Havay arxipelaqında meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıbbackend

Havay arxipelaqında meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havay arxipelaqının Maui adasını bürümüş meşə yanğınları nəticəsində 36 nəfər ölüb.

Editor.az xəbər verir ki, bu barədə “NBC News”a Maui dairə hökumətinin bəyanatında deyilir.

“Maui adasındakı Lahaina şəhərinin çox hissəsi dağılıb, yüzlərlə yerli ailə evlərini tərk etmək məcburiyyətində qalıb”, – qubernator Coş Qrin deyib.

Burada ümumilikdə 12 minə yaxın insan yaşayır.
Xatırladaq ki, adada avqustun 8-də güclü qasırğa küləkləri səbəbindən başlayan yanğınlar səbəbindən yüzlərlə yaşayış binası və 35 mindən çox insan təhlükə altındadır.

Havay fövqəladə hallar idarəsinin məlumatına görə, yanğın 800 hektardan çox ərazini əhatə edib.

//Samir Qurbanov, Editor.az