Havay arxipelaqının Maui adasında baş verən meşə yanğınları qurbanlarının sayı 96 nəfərə çatıb.
Editor.az bildirir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən AFR məlumat verib. Məlumata görə, Yanğınlar nəticəsində 2200-dən çox bina dağılıb.
Avqustun 13-nə qədər təsirə məruz qalmış ərazilərin yalnız 3%-i tədqiq edilib. Xatırladaq ki, Maui adasında yanğınlar avqustun 8-də başlayıb. Lahaina ada şəhəri demək olar ki, tamamilə məhv olub. Yanğınlar ABŞ-da son 100 ildə ən ölümcül yanğın kimi tarixə düşüb. Adaların bərpasının dəyəri 5,52 milyard dollar qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az