“Hazırda aparılan islahatlar Azərbaycan Ordusunun güclənməsinə xidmət edir” – Deputatbackend

“Hazırda aparılan islahatlar Azərbaycan Ordusunun güclənməsinə xidmət edir” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün hərbi hissələrin təmir olunması, yenilərinin tikilib istifadəyə verilməsi, Azərbaycan əsgərinin və zabitinin bütün təminat formalarında şəraitinin yaxşılaşdırılması şəxsi heyətin döyüş ruhunun artmasına səbəb olur”.

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O bildirib ki, Azərbaycan Ordusunun ən müasir silahlarla təmin olunması və bu istiqamətdə yenidənqurma işlərinin görülməsi təqdirəlayiqdir:

 

 

“Hazırda Azərbaycan Ordusu ən müasir silahlarla təmin olunub. Ordumuzun təchizat baxımından daim güclü və müasir döyüş vasitələri, hərbi texnikalar və silah-sursatla təmin olunması müstəqilliyimizi şərtləndirir. Eyni zamanda dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayrılaraq, hərbçilərin sosial problemlərinin həllinə çalışılır. Bu proses davamlı şəkildə aparılır. Onların mənzillərlə təmin olunması, təqaüd almaları üçün dövlətin bütün imkanlardan istifadə olunur”.

A.Mollazadənin fikrincə, müxtəlif miqyasda keçirilən təlimlər ordunun şəxsi heyətinin döyüş hazırlığını yüksəldir: “Belə təlimlərin müxtəlif qoşun növləri arasında keçirilməsi orduda koordinasiyanı gücləndirməklə, düşmənə qarşı mübarizədə vahid cəbhədə hazırlıq səviyyəsini artırır. Ona görə də real döyüş şəraitinə uyğun təlimlər keçirmək hərbçilərin praktiki hazırlığını artırır və döyüş qabiliyyətini yüksəldir”.