“Hazırda Ermənistan fərqli plan üzərində işləyir”-Deputatdan AÇIQLAMAbackend

“Hazırda Ermənistan fərqli plan üzərində işləyir”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan ekofəalları və ictimaiyyət nümayəndələri Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirtməkdə davam edir. Dinc aksiyaların məqsədi Azərbaycan torpaqlarında təbii ehtiyatlarımızın talan edilməsinin qarşısını almaq, separatçı qüvvələrin ərazilərimizi tərk etməsinə nail olmaq və xüsusi monitorinq qrupunun həmin yataqlarda monitorinq aparmasına icazə verilməsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, aksiyaya siyasi don geyindirmək istəyən qüvvələr var və onların sayı günü-gündən artmaqdadır:

“Xüsusən də erməni mediası aksiyanı tamamilə fərqli məcrada işıqlandırır, dünya ictimaiyyətini çaşdırırlar. Ötən ilin son günlərində Fransa BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı xüsusi sənədin imzalanması istəyində idi. Ancaq Ermənistan-Fransa cütlüyü buna nail ola bilmədi. Azərbaycan diplomatiyası növbəti dəfə qələbə çaldı. Sədr qismində Fransanın bu sənədi imzalada bilməməsi Fransanın öz məkanında faktiki məğlubiyyəti kimi dəyərləndirilməlidir.
Hazırda Ermənistan fərqli plan üzərində işləyir. Sonuncu üçtərəfli görüşdə Paşinyan sülhməramlıların mandatının uzun müddət uzadılması təklifini irəli sürmüşdü. Amma bu, qəbul edilmədi. Bunun ardınca isə BMT sülhməramlılarının Rusiya sülhməramlılarını əvəzləməsi ideyası ilə çıxış edirlər. Görünən odur ki,  Ermənistan hələ də ağıllanmayıb və  proseslərin uzanmasında maraqlıdır. Qarabağda yaşayan erməni əsilli vətəndaşlara qarşı “soyqırım” edilməsi ilə bağlı əsassız fikirlər irəli sürürlər. Azərbaycan erməni əsilli vətəndaşların təhlükəsizliyini təmin etmək iqtidarındadır”.

Millət vəkili hesab edir ki, humanitar məqsədlərlə açılmış Laçın dəhlizindən ermənilər silah-sursat, mina daşıyıb, başqa ölkələrin nümayəndələrini onlara təlim keçmək üçün Xankəndiyə yerləşdirdilər:

“Azərbaycan dinc dövrdə həmin minalar səbəbindən 300-ə yaxın yaralı, şəhid verdi. Bu da Ermənistanın  yoldan terror məqsədi ilə istifadə etdiyini göstərir.  Növbəti mərhələdə Ermənistan üçtərəfli bəyanata uyğun addımlar atmalı, separatçı dəstələr ərazilərdən çıxarılmalıdır. Əksinə Azərbaycana qarşı güc nümayiş etdirmək niyyətinə düşsələr, nəticə onlar üçün yalnız məğlubiyyət olacaq.  Ermənistanın BMT sülhməramlılarını ərazilərimizə gətirmək çağırışı əsassızdır. Ümumiyyətlə, Azərbaycan torpaqlarına hər hansı xarici qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur.  Azərbaycan öz ərazilərində vətəndaşlarının təhlükəsizliyini təmin etmək iqtidarındadır. Hərbi gücü də hərkəsə məlumdur. Ölkəmiz beynəlxalq hüquqlara və Konvensiyaya hörmətlə yanaşır. Bu baxımdan isə o, beynəlxalq sistemin bir parçasıdır. Ermənistan günü-gündən beynəlxalq müstəvidən uzaqlaşır, yalnız öz havadarları onları dəstəkləyir”.

//Safura Bənnayeva, Editor.az