“Hazırda Ermənistanda nə inqilab, nə hərbi çevriliş, nə də hakimiyyət dəyişikliyi GÖZLƏNİLMİR”- ŞƏRHbackend

“Hazırda Ermənistanda nə inqilab, nə hərbi çevriliş, nə də hakimiyyət dəyişikliyi GÖZLƏNİLMİR”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fevralın 20-də Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar bir qrup revanşistlərin oyunlarıdır. Onlar bir çox məsələlərdə Paşinyanı ittiham edirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistanda baş verən mitinqlər geniş xalq kütləsinin dəstəyini almayıb:

“Ümumiyyətlə, baş verən etiraz aksiyaları heç də Nikol Paşinyana qarşı siyasi təzyiqin formalaşmasına gətirib çıxarda bilmir. Paşinyan etirazlardan xarici faktor kimi istifadə etsə də, ümumilikdə bu kimi lokal mitinqlər onun siyasi hakimiyyətinin dəyişməsinə səbəb olmayacaq. Bundan əvvəl də Respublika Partiyası və digər müxalifət partiyalarının geniş mitinqləri baş tutub. Ancaq bunların Paşinyana alternativ lider olmadıqca elə də əhəmiyyəti yoxdur. Həmçinin Qərb erməni baş nazirinə ciddi dəstək verir. Ölkə daxilində xalqın geniş hissəsi onun ətrafında birləşib. Yəni bir qrup revanşistin belə etiraz aksiyaları hər hansı prosesin başlanmasına səbəb olmayacaq. Hazırda Ermənistanda nə inqilab, nə hərbi çevriliş, nə də xarici faktorlar hakimiyyətin dəyişməsinə gətirib çıxartmayacaq. Ölkədə müxalifət və revanşist qrupların gücü xeyli zəifdir. Nikol Paşinyan hələ də prosesi idarə edəcək gücdədir”.

//Gülnarə Abasova, Editor.az