Hazırda geniş yayılmış qızılca infeksiyası zamanı uşaqlar necə qidalanmalıdır?- AÇIQLAMAbackend

Hazırda geniş yayılmış qızılca infeksiyası zamanı uşaqlar necə qidalanmalıdır?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Balanslı qidalanma insanların sağlam qidalanmasıdır”.

Bu sözləri Editor.az-a balanslı qidalanma ilə bağlı danışarkən qidalanma üzrə mütəxəssis Ağa Salamov deyib.

 

Mütəxəssis bildirib ki, sağlam qidalandıqda çəki də normada qalır:

“İlk növbədə yediklərimiz mövsümündə yetişən, yerli meyvə və tərəvəzlər olmalıdır. Hazırda yayılmış qızılca infeksiyası zamanı uşaqlara kök püresinin verilməsi məqsədəuyğundur. Mineral və vitaminlərlə zəngin meyvə kompotları da immun sisteminin güclənməsində mühüm rol oynayır.

Balıq, qırmızı ət immun sisteminin güclənməsi baxımından əvəzsiz qidalarlardır. Xüsusilə balığı axşam yeməyində yemək daha yaxşıdır. Çünki yüngül zülaldır və mədəyə ağırlıq vermədən, faydasını göstərir”.

//Səbinə Hüseynli, Editor.az