NATO Türkiyəyə yönələn raket təhlükəsi ilə bağlı mühüm açıqlama yayıb.
NATO-nun sözçüsü Oana Lunqesku bildirib ki, 30 mart tarixində İran mənşəli ballistik raket Türkiyə istiqamətində hərəkət edərkən alyans qüvvələri tərəfindən uğurla zərərsizləşdirilib.
Onun sözlərinə görə, NATO bu cür təhdidlərə tam hazırdır və bütün müttəfiqlərini qorumaq üçün lazım olan addımları atmaqda qərarlıdır. “Hazırıq və cavab verəcəyik” mesajı ilə çıxış edən sözçü alyansın müdafiə öhdəliklərinin dəyişməz olduğunu vurğulayıb.
Bu açıqlama Yaxın Şərqdə artan hərbi gərginlik fonunda verilib və Türkiyənin təhlükəsizliyinin NATO tərəfindən prioritet kimi qorunduğunu bir daha nümayiş etdirir.
Musavat.com

