HDP Batman millət vəkili Feleknas Uca: 15 Mayda Abdullah Öcalanı azad edəcəyikbackend

HDP Batman millət vəkili Feleknas Uca: 15 Mayda Abdullah Öcalanı azad edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14 may seçkilərində prezidentliyə namizəd namizəd göstərməyərək, CHP sədri Kılıçdaroğlunu dəstəkləməyə qərar verən HDP-dən qalmaqallı açıqlamalar gəlməkdə davam edir.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, HDP Batman millət vəkili Feleknas Uca açıq şəkildə terror lideri Öcalanın həbsdən azad olunacağı tarixi açıqlayıb. Hakkaridə keçirilən tədbirdə çıxış edən Uca “15 Mayda həbsxanaları açıb Abdullah Öcalanı azad edəcəyik”, – deyib.

Ucanın sözləri böyük əks-səda doğurub. Həmin anların videosunu sosial şəbəkədə paylaşan bir çox vətəndaş HDP ilə ittifaq quraraq dəstək istəyən Kılıçdaroğlu və HDP-lilərə sərt reaksiya verib. HDP və PKK-ya səssiz qalan 6-lı masanın bu açıqlama qarşısında susub-durmayacağı maraq doğurur.

  //Samir Qurbanov,Editor.az