Məhkəmə icraçıları məşhur MMA döyüşçüsü Həbib Nurməhəmmədovdan məhkəmə qaydasında borcları almağa başlayıblar.
“Dağıstan qartalı”nın borcu 79 milyon rublu ötüb. “Borclu: Nurmagomedov Həbib Abdulmanapoviç. 20.09.1988. İcra predmeti, ödənilməmiş borcun məbləği: vergi və rüsumların, o cümlədən cərimələrin yığılması (gömrük istisna olmaqla): 79 376 334,14 rubl”, – FSSP verilənlər bazasında deyilir.
İdmançının hansı xüsusi fəaliyyətinin küllü miqdarda borcun yığılmasına səbəb olduğu məlumat bazasında göstərilmir. O da qeyd olunur ki, Nurməhəmmədovun borcu könüllü bağlamağa vaxtı olub, lakin o, bu fürsətdən yararlanmayıb.
//Samir Qurbanov, Editor.az

